5 C
Baku
Friday, March 29, 2024

Stiven Hokinq: həyat və fəaliyyəti

Hazırda Stiven Hokinqin adı fizika və yaxud riyaziyyatla əlaqəsi olub-olmamağından asılı olmayaraq hər bir şəxsə yaxşı tanışdır. Alim müasir fizika və kosmetologiya elminə göstərdiyi töhfələri ilə yanaşı, bəşəriyyəti sadə dillə izah edən konsepsiyasına görə də məşhurdur.

Gələcəyin astrofiziki 1942-ci ilin yanvar ayında dünyaya gəlib. Stiven Hokinq Frenk Hokinq və İzabel Hokinqin tibbi araşdırma ilə məşğul olan ailənin ilk övladı idi. Daha sonradan ailədə iki qız övladı da dünyaya gəlir. Stiven məktəbi bitirdikdən sonra, 1959-cu ildə təhsilini Oksford universitetində davam etdirir. 1962-ci ildə bu universiteti bitirən Stiven təhsil və elmi fəaliyyətini kosmetologiya sahəsi üzrə Kembric universitetində davam etdirir. Hazırda hər kəs bu alimin iflic olduğunu və yalnızca səs sintez edən qurğunun vasitəsilə danışa bildiyini bilir. Bu problem onda artıq gənclik illərindən biruzə verməyə başlamışdı. Onun 21 yaşı olduqda universitetdə 3-cü kurs tələbəsi idi. Bu zaman o özündə pisə doğru dəyişikliklərin baş verdiyini hiss edir.

Həkimlərin müayinəsi heç də yaxşı olmayan xəbəri verir: amiotrofik skleroz və geriyə qalmış cəmi 2 il ömür. Lakin gənc insan nəinki həyatda qalmağı bacarır, həmçinin ətraf aləmə olan marağını da itirmir. Bu da alimə elmi fəaliyyət ilə məşğul olmağa imkan yaradırdı.

Təəssüflər olsun ki, xəstəliyin öhdəsindən tam olaraq gəlmək mümkün olmur və artıq Stiven Hokinqin 30 yaşı olduqda əlil arabasına məhkum olur.

Lakin bütün bu məhrumiyyətlər onu həyat sevincindən məhrum etmir və o 1965-ci ildə universitet illərindən tanış olduğu Jane Wilde ilə ailə həyatı qurur. Onların bu nigahdan üç övladı dünyaya gəlir.

Son xəbərlər
Digər xəbərlər