26 C
Baku
Saturday, April 27, 2024

Stiven Xokinq- əlil arabasına məhkum olmuş dahi

Stiven Xokinqə yaşamaq nəsib olmuş tale öz çətinliyi ilə fərqlənir. O, 1942-ci ildə Oksford şəhərində bioloq-alim ailəsində dünyaya göz açıb. 1959-cu ildə Sent-Olbans məktəbini bitirdikdən sonra, o, Oksford universitetinin nəzdində fəaliyyət göstərən kollecin fizika fakültəsinə daxil olur. 1962-ci ildə o, universitetinin bakalavr dərəcəsini təbiət elmləri ixtisası üzrə xüsusi fərqlənmə ilə başa vurur və bunun ardınca Kembridc universitetinə daxil olur.

Qəbul olma anları yaxınlaşdıqca Stiven onda daha proqressiv hal almış sinir əsəb sisteminin xəstəliyinin əlamətlərini hiss etməyə başlayır. Diaqnoz heç də təsəlli verici olmur – ani amiotrofik skleroz. Olduqca nadir, müalicəsi mümkün olmayan bir xəstəlik, bu xəstəlik zamanı hərəkət neyronlarının iflic olması müşahidə olunur, bu isə aşağı ətrafların iflicinə və əzələlərin atrofiyasına gətirib çıxarır. Xəstəlik səbəbindən Stiven artıq 30 yaşında əlil arabasına hərəkət etmək məcburiyyətinə qalır.

Xəstəliyə baxmayaraq, Stiven dissertasiyası üzərində işini uğurla başa vurur və Qenvill və Kay Kembridc kollecində elmi əməkdaş kimi işə düzəlir, 1973-cü ildə isə o, Kembridc universitetinin tətbiqi riyaziyyat və nəzəri fizika fakültəsinə keçir. Burada 1977-ci ildə o, cazibə fizikası üzrə professor adını alır. 1979-cu ildə Kembridc universitetində riyaziyyat üzrə Lukasovski professoru adına layiq görülür. Bu nüfuzlu vəzifəni 18-ci əsrdə İsaak Nyutona layiq görmüşdülər.

Yer kürəsinin və kainatın yaranması və Böyük Partlayış anından bugünkü günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Xokinqə məxsusdur, o həmçinin qara dəlikləri araşdırılması ilə bağlı bir sıra kəşflərə imza atmışdır. Xokinq haqqında astronomiya, qara dəliklər nəzəriyyəsi, kosmologiya və Enşteyndən sonrakı dövrdə cazibə anlayışlarına ən çox töhfə etmiş alim kimi söz açırlar.

1980-ci illərdə Xokinq elmin populyarlaşdırılması işi ilə məşğul olmağa başlayır və “Zamanın qısa tarixi” (A Brief History of Time) kitabını yazır. Bu kitab geniş kütlənin oxuması üçün nəzərdə tutulmuşdu, o materiya, məkan və zamanın mahiyyətini, həmçinin Böyük partlayış nəzəriyyəsini və qara dəlikləri mürəkkəb riyazi aparatlara müraciət etmədən izah edirdi. Bütün kitab ərzində Xokinq yalnız bir düstürdün istifadə etmişdi: E=mc². Kitab dərhal bestsellerə çevrilir və nəşrindən bir neçə müddət sonra bir çox dillərə tərcümə olunur.

1985-ci ildə Stiven həyatdan növbəti zərbəni alır, boğazında keçirilən əməliyyatdan sonra Xokinq danışmaq qabiliyyətini itirir. Həmin dövrdən bəri fizik alim ətrafdakı insanlar ilə əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsi ilə ünsiyyət saxlayır. O bu sintezatora əmrləri öz hərəkət qabiliyyətini saxlamış sağ alinin şəhadət barmağı vasitəsi ilə verir.

Ağır xəstəliyə baxmayaraq, Xokinq aktiv həyat tərzi sürür, 2007-ci ildə o, hətta xüsusi hazırlanmış kostyumda çəkisizlik şəraitində uçuş həyata keçirir. Bu gün elmin yaxın gələcəkdəki inkişafı müəyyən dərəcədə məhz – fiziki cəhətdən məhdudiyyətləri olan və köməyə ehtiyacı duyan bu insandan asılıdır. Hazırda tamamı ilə hərəkət qabiliyyətini itirən Stiven Xokinq bu gün miqyasını görə heç bir analoqu olmayan COSMOS layihəsi üzərində çalışır. Bu proqram Britaniya kosmoloji tədqiqatlarının başlıca nüvəsini formalaşdırmalıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər