17 C
Baku
Monday, April 29, 2024

Stochastic osilyatoru: Nə üçündür? Necə istifadə edilir?

Stochastic (stokastik) indikatoru, seçilmiş zaman üçün bağlanış qiymətlərinin günlük ən yüksək və ən aşağı səviyyələrini ölçən və qiymətlərin dönüş nöqtələrini müəyyən edən bir indikatordur. Qısa olaraq həddindən artıq alış-satış nöqtələrinin müəyyən olunmasında istifadə olunan bir ossilyatordur.o

Stochastic indikatoru qiymət dəyişikliklərinə qarşı daha həssasdır və böyük dəyişmə aralığına malikdir. RSI indikatorundan fərqli olaraq bu indikator mövcud bazar vəziyyəti ilə bağlı daha ətraflı məlumatı özündə birləşdirir.

dotdash INV final Stochastic Oscillator Jun 2021 01 0580390daa1c44ffaac8c7ffcbb96f6a

Stochastic Ossilyatoru aşağıdakı düsturla hesablanır:

K = (C-L) / (H-L)*100

K = Stochastic İndikatoru

C = Son bağlanış qiyməti

L = Son N gündə ən aşağı qiymət səviyyəsi

H = Son N gündə ən yüksək qiymət səviyyəsi

Stochastic indikatoru ilk dəfə Corc Leyn tərəfindən yaradılmışdır.

Stochastic-in istifadəsi

Stochasticdə iki xəttdən istifadə olunur. %K (sürətli Stochastic K əsasında hesablanmış 3 periodlu sadə dəyişən orta göstəricidir., %D isə (yavaş stochastic) – %K əsasında hesablanmış 3 periodlu sadə dəyişən göstəricidir. Qiymət dəyişikliyi yeni maksimum səviyyəyə çatdığı halda %K qrafikində yeni maksimal səviyyə yaranmırsa, trend istiqamətinin aşağı doğru gedəcəyini gözləmək olar. Əksinə, qiymət dəyişikliyi yeni minimal səviyyəyə endiyi halda %K qrafikində yeni minimal səviyyə yaranmırsa, trend istiqamətini yuxarı doğru dəyişəcəyini gözləmək olar.

Mənbə: Banker.az və Investaz

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər