24 C
Baku
Thursday, April 18, 2024

Stokholmda Türkiyə-İsveç siyasi məsləhətləşmələri aparılacaq

Türkiyə xarici işlər nazirinin müavini, Avropa İttifaqı üzrə direktor Faruk Kaymakcı 16-17 noyabr tarixlərində Stokholma səfər edəcək.

Bu barədə Türkiyə XİN-dən bildirilib.

Faruk Kaymakcı Türkiyə-İsveç siyasi məsləhətləşmələri aparmaq və İsveç Xarici İşlər Nazirliyinin dövlət katibi səfir Yan Knutsson ilə görüş keçirmək üçün Stokholmda olacaq.

Qeyd olunub ki, siyasi məsləhətləşmələrdə Türkiyə-İsveç və Türkiyə-Aİ münasibətlərinin hərtərəfli müzakirə edilməsi planlaşdırılır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər