Türkiyə xarici işlər nazirinin müavini, Avropa İttifaqı üzrə direktor Faruk Kaymakcı 16-17 noyabr tarixlərində Stokholma səfər edəcək.
Bu barədə Türkiyə XİN-dən bildirilib.
Faruk Kaymakcı Türkiyə-İsveç siyasi məsləhətləşmələri aparmaq və İsveç Xarici İşlər Nazirliyinin dövlət katibi səfir Yan Knutsson ilə görüş keçirmək üçün Stokholmda olacaq.
Qeyd olunub ki, siyasi məsləhətləşmələrdə Türkiyə-İsveç və Türkiyə-Aİ münasibətlərinin hərtərəfli müzakirə edilməsi planlaşdırılır.