9 C
Baku
Saturday, December 21, 2024

Stoltenberq: 2035-ci ilə qədər Çinin nüvə başlıqlarının sayı 1500-ü keçəcək

“2035-ci ilə qədər Çinin malik olduğu nüvə başlıqlarının sayının 1500-ü keçəcəyini gözləyirik”.

Bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə keçirilən NATO Sammitinin yekununa dair mətbuat konfransında deyib.

“Çin hərbi sahəyə böyük miqyasda investisiya qoyur. Çinin bizə necə yaxınlaşdığını görürük. Bu, NATO-nun qlobal alyansa çevrilməsi ilə bağlı deyil, bu, regionumuzun qlobal çətinliklə üzləşməsi ilə bağlıdır ki, Çinin yüksəlişi də bunun bir hissəsidir. Çin bizə Arktikada və Afrikada da yaxınlaşır. Çinin vacib infrastrukturu necə nəzarət altına almağa çalışdığını görürük”, – Stoltenberq bildirib.

Son xəbərlər
Digər xəbərlər