NATO Baş katibi Yens Stoltenberq ABŞ-a səfər edəcək.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 7-9-da Vaşinqtonda səfərdə olacaq Baş katib Stoltenberq dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və digər rəsmilərlə görüşəcək. O, həmçinin Senatda və Nümayəndələr Palatasında da görüşlər keçirəcək.