18 C
Baku
Sunday, September 8, 2024

Stoltenberq Almaniyaya səfər edəcək

NATO Baş katibi Yens Stoltenberq Almaniyaya səfər edəcək.

Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş katib Stoltenberq iyunun 19-da Berlində Almaniya kansleri Olaf Şoltsla görüşəcək və Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə ikitərəfli görüş keçirəcək. Baş katib Almaniya Sənayeləri Federasiyasının (BDI) təşkil etdiyi Sənaye Günündə də çıxış edəcək.

İyunun 20-də isə NATO Baş katibi Stoltenberq Almaniyanın müdafiə naziri Boris Pistorius ilə birlikdə Hava Müdafiəsi 2023 təlimini izləmək üçün Yagel Hərbi Hava Bazasına gedəcək. Stoltenberq və nazir Pistorius Mürvikdəki Hərbi Dəniz Akademiyasını da ziyarət edəcəklər.

Son xəbərlər
Digər xəbərlər