NATO-nun Baş katibi Yens Stoltenberq Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri ola bilər. Bu barədə Norveçin TV2 telekanalı NATO-dakı mənbəyə istinadla məlumat yayıb.
Stoltenberqin yeni vəzifəyə təyin olunması onun Şimali Atlantika Alyansının rəhbəri kimi səlahiyyət müddəti başa çatdıqdan sonra ola bilər. Stoltenberqin 2023-cü il oktyabrın 1-də bu NATO-nun Baş katibi vəzifəsindən gedəcəyi gözlənilir.
Telekanal mənbəyə istinadla bildirib ki, ABŞ Stoltenberqi Beynəlxalq Valyuta Fondunun rəhbəri kimi görmək istəyir.