NATO Baş katibi Yens Stoltenberq İtaliyanın Kapri şəhərində keçiriləcək G7 ölkələrinin xarici işlər nazirlərinin iclasına qatılacaq.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 18-də Baş katib Stoltenberq G7 XİN rəhbərlərinin iclasında iştirak edəcək.
NATO Baş katibi eyni zamanda Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə də görüşəcək.