NATO-nun Baş katibi Yens Stoltenberq və Polşa Prezidenti Andrej Duda arasında telefon danışığı olub.
Bu barədə Stoltenberq “Twitter”də bildirib.
“Prezident Duda ilə Polşadakı partlayışla bağlı danışdım. İnsan itkisinə görə başsağlığı verdim. NATO vəziyyəti izləyir və müttəfiqlər yaxından məsləhətləşmələr aparır. Bütün faktların müəyyən edilməsi vacibdir”, Stoltenberq vurğulayıb.