“Mənim məqsədim İsveç və Finlandiyanın NATO-ya mümkün qədər tez üzv ola bilməsini təmin etməkdir. Lakin buna zəmanət verə bilmərəm”.
Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
Baş katib, Türkiyənin etirazlarına baxmayaraq, iki şimal ölkəsinin NATO-ya daxil olması ilə bağlı nikbin olduğunu söyləyib.
Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət edib. Türkiyə terror təşkilatlarına münasibətlərini müəyyən edənə qədər bu ölkələrin NATO-ya üzvlüyünü dəstəkləməyəcəyini bəyan edib.