16 C
Baku
Friday, April 12, 2024

Stoltenberq: “Keçən il Rusiya dünyanın ikinci ən güclü ordusuna sahib idi, indi isə Ukraynada ikinci ən güclü ordudur”

“Keçən il Rusiya dünyanın ikinci ən güclü ordusuna sahib idi. Ancaq indi Rusiya qoşunları Ukraynada ikinci ən güclü ordudur”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Avropa Parlamentinin Xarici Əlaqələr, Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin Brüsseldə keçirilən iclasında çıxışı zamanı deyib.

O, Ukraynanın əks-hücum əməliyyatı haqqında danışarkən bildirib ki, Ukrayna getdikcə irəliləyir və yeni mövqelər qazanır:

“Ukraynalılar getdikcə mövqe qazanırlar, onlar Rusiya qüvvələrinin müdafiə xəttini yara biliblər və irəliləyirlər”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər