14 C
Baku
Sunday, April 21, 2024

Stoltenberq: “NATO-nun yeni Strateji Doktrinası qəbul olunacaq”

“Madriddə keçiriləcək Sammitdə biz mühüm qərarlar qəbul edəcəyik”.

Bunu NATO Baş katibi Yens Stoltenberq AMNA-ya müsahibəsində deyib.
O bildirib ki, bu qərarlardan ən vacibi alyansın yeni Strateji Doktrinasının qəbul olunması olacaq.

“Şimali Atlantika Müqaviləsi ilə yanaşı, Strateji Doktrina NATO-nun ən mühüm sənədidir. Bu, NATO-nun dəyərlərini, məqsəd və vəzifələrini bir daha təsdiqləyir. O, təhlükəsizlik mühitinin kollektiv qiymətləndirilməsini təmin edəcək və Alyansın gələcək mühitə uyğunlaşması üçün plan kimi xidmət edəcək”.

Stoltenberq deyib ki, 2010-cu ilin Strateji Doktrinası qəbul olunan zaman Avropada sülh hökm sürürüdü. “Lakin Putinin Ukraynaya qarşı müharibəsi bu sülhü pozdu. Həmçinin, 2010-cu il Doktrinasında Çindən bir dəfə də olsun bəhs edilməyib. Bu gün Çinin artan təsiri təhlükəsizliyimiz və demokratiyalarımız üçün nəticələri ilə dünyanı yenidən formalaşdırır. Kiber təhdidlər və iqlim dəyişikliyi kimi digər çağırışlar 2010-cu il Doktrinasında demək olar ki, qeyd olunmur və indi onları gözardı etmək mümkün deyil”, – o vurğulayıb.

Stoltenberq Rusiya-Ukrayna müharibəsinə cavab olaraq NATO-nun daha güclü çoxtərəfli institutlara və Avropa ilə ABŞ arasında daha dərin əməkdaşlığa ehtiyac olduğunu qeyd edib.

MənbəApa
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər