“Bu gün NATO liderləri Ukraynaya daha çox dəstək vermək barədə qərar qəbul edib”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
“Müttəfiqlərin çəkindiricilik və müdafiə fəaliyyətləri davam edəcək. Alyansın Şərq cinahında daha çox təyyarəmiz olacaq. Həmçinin kibertəhlükəsizliyimizi gücləndirəcəyik. Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışı da çox önəmli idi” , – o bildirib.