NATO Ukraynaya qoşun göndərməyəcək və Kiyev də bunu istəməyib.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq İtaliya mətbuatına açıqlamasında deyib.
Stoltenberqin sözlərinə görə, alyans müharibə vəziyyətində olan Ukraynaya ordu göndərməyəcək:
“NATO-nun Ukraynaya qoşun yeritmək planı yoxdur. Keçən həftə Ukraynada səfərdə idim, onlar bunu xahiş etmədi, ukraynalılar NATO əsgərlərinin gəlməsini xahiş etmədilər. Onların (Ukrayna – red.) istədikləri sadəcə daha çox yardımdır”, – hərbi alyansın Baş katibi vurğulayıb.