13 C
Baku
Sunday, November 24, 2024

Stoltenberq: NATO Ukraynaya qoşun yeritməyəcək

“NATO Ukraynadakı münaqişənin tərəfi olmayacaq, ora qoşun göndərməyəcək, çünki alyans Rusiya ilə müharibədən qaçmaq niyyətindədir”, – deyə təşkilatın baş katibi Yens Stoltenberq söyləyib.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Xatırladaq ki, martın sonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, NATO sülhməramlı qüvvələrinin Ukraynaya yerləşdirilməsi Rusiya ilə hərbi blok arasında birbaşa toqquşmaya gətirib çıxaracaq.

Stoltenberq əvvəllər də qeyd edib ki, alyansın heç bir ölkəsi Ukraynaya qoşun göndərilməsini dəstəkləməyəcək. “Biz sanksiyalar da daxil olmaqla, Rusiyaya zərər vermək üçün başqa nə edə biləcəyimizi araşdıracağıq, lakin məncə, heç bir NATO ölkəsi Ukraynaya qoşun göndərilməsini dəstəkləməyəcək”, – deyə baş katib əlavə edib.

Son xəbərlər
Digər xəbərlər