“NATO Sammitinə hazırlıqla bağlı Almaniya Kansleri Olaf Şoltsla yaxşı müzakirəmiz oldu”.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq “Twitter“də bildirib.
“Mən Almaniyanın Litvada NATO-nun döyüş qrupunun gücləndirilməsi ilə bağlı açıqlamasını və xüsusi müdafiə fondunun təsdiqini yüksək qiymətləndirdim. Biz Ukraynaya, Finlandiya və İsveçin üzvlüyünə davamlı dəstəyi müzakirə etdik”, – Baş katib deyib.