NATO baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Baş katib Stoltenberq “Twitter“də bildirib.
“Prezident Zelenski ilə Rusiyanın işğalçı müharibəsi barədə danışdım. NATO Sammitində biz yaxın tərəfdaşımız Ukraynaya həm indi üçün, həm də daha uzun müddət üçün dəstəyi artıracağıq. NATO müttəfiqləri sizin yanınızdadır”, – NATO baş katibi qeyd edib.