NATO Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Bu barədə Prezident Zelenskinin “Facebook” hesabında bildirilib.
“Yens Stoltenberqin bu səfəri genişmiqyaslı müharibədən sonra ilk səfərdir – biz bunu Alyansın Ukrayna ilə münasibətlərdə yeni, iddialı qərarlar fəslinə başlamağa hazır olduğuna işarə kimi şərh edirik”, – Zelenski bildirib.
Qeyd edək ki, görüş NATO Baş katibinin Kiyevə səfəri çərçivəsində baş tutub.