NATO-nun Baş katibi Yens Stoltenberq sosial media hesabında Ukrayna Prezidenti Zelenski ilə telefon danışığı apardıqlarını açıqlayıb.
Banker.az xəbər verir ki, telefon danışığında Ukraynaya hərbi yardım və taxıl daşınması sazişinin tam icrasının zəruriliyi müzakirə edilib.
“Prezident Zelenski ilə hərbi dəstəyin prioritetləri barədə yaxşı müzakirə apardıq. NATO və müttəfiqlərinin Ukraynaya daha çox və daha sürətli yardım göstərməsi həyati əhəmiyyət kəsb edir. Bundan əlavə, Rusiyanın işğalından sonra 1-ci taxıl daşınması və Birləşmiş Millətlər Təşkilatı (BMT) və müttəfiqimiz Türkiyənin sponsorluq etdiyi sazişin tam şəkildə həyata keçirilməsinin zəruriliyi də müzakirə edilib” – deyə, paylaşımda bildirilib.