1 C
Baku
Saturday, December 14, 2024

Stomatoloji xidmətlərə görə ödənilən məbləğlərdən ƏDV-nin geri qaytarılması mümkündürmü?

Mən stomatoloji xidmət alıram və əldə etdiyim tibbi xidmət üçün ödədiyim məbləğlərə görə ƏDV-nin geri qaytarılması hüququmdan istifadə etmək istəyirəm. Bu baxımdan, fərdi qaydada stomatoloji fəaliyyət göstərən diş həkimi tərəfindən mənə göstərilən tibbi xidmətlərə görə nəzarət-kassa aparatının çeki təqdim edilməlidirmi?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatı tətbiq edilməklə həyata keçirilməlidir.

Qeyd olunanlara əsasən, fərdi qaydada göstərilən stomatoloji xidmətlərə görə diş həkimi tərəfindən sizə nəzarət-kassa aparatı çeki təqdim edilməlidir və stomatoloq ƏDV qeydiyyatında olduğu halda, əldə etdiyiniz tibbi xidmətlərə görə ƏDV-nin geri qaytarılması həyata keçirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi.

Son xəbərlər
Digər xəbərlər