6 C
Baku
Sunday, December 15, 2024

“Stora Enso” Rusiyadakı zavodlarını satır

Ağac emalı üzrə ixtisaslaşan Finlandiyanın “Stora Enso” şirkəti Rusiyadakı zavodlarını satır, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir. “Stora Enso Rusiyada iki ağac emalı zavodunu satmaq üçün müqavilə bağlayıb”, – deyə mesajda bildirilir.

Şirkət qeyd edib ki, bu iki müəssisənin “pisləşən biznes perspektivləri” birinci rübdə 70 milyon avro zərər qeydə alıb. “Stora Enso”nun ağac emalı zavodları Novqorod və Kareliyada yerləşir, burada təxminən 330-a yaxın işçi çalışır.

Bir çox xarici şirkət Rusiyada fəaliyyətini dayandırıb, ya da ümumiyyətlə bu bazardan çıxdığını açıqlayıb. Yel Universitetinin araşdırmasına görə, Ukraynada müharibə başlayandan 750-dən çox xarici şirkət Rusiyadan çıxıb.

Son xəbərlər
Digər xəbərlər