15.4 C
Baku
Friday, May 16, 2025

STP-nin törəmə şirkətinin direktoru dəyişdi

Sumqayıt Texnologiyalar Parkının törəmə şirkəti “STP Polymer” MMC-nin direktoru dəyişib.

Banker.az xəbər verir ki, Ruslan Ağabəyli Taqor oğlu şirkətin direktoru təyin edilib.

Onu bu vəzifədə Nazim Məmmədov Sərməs oğlu əvəz edib.

Polimer Məmulatlar Zavodu (PMZ) Sumqayıt Texnologiyalar Parkının ərazisinə görə ikinci ən böyük müəssisədir, şirkətin hüquqi adı “STP Polymer” MMC-dir. 2009-cu ilin dekabrında fəaliyyətə başlayan bu zavod müxtəlif polimer boruların istehsalında ixtisaslaşıb və regionun polimer məmulatları istehsal edən ən iri sənaye müəssisələrindən biridir.

PMZ-də hazırda polimer borular, polimer fitinqlər, sarınmış ve polimer kompozit borular, PVC qapı-pəncərə profilləri və onların laminasiyası, mikser-dozator ve kabel plastikatı, su və kanalizasiya boruları, polikarbonat lövhə istehsalı sahələri fəaliyyət göstərir.

Zavodda 80-dən artıq müxtəlif istehsal xəttləri fəaliyyət göstərir. Bütün istehsal prosesi Almaniyanın “Krauss Maffei”, “Unicor”, “Krah”, Avstriyanın “Battenfield Cincinatti”, “Fux”, İtaliyanın “Omipa” və Türkiyənin “Mikrosan” şirkətlərinin istehsalı olan ən müasir texnoloji avadanlığın köməyi ilə həyata keçirilir.

 

 

Son xəbərlər
Digər xəbərlər