20.8 C
Baku
Tuesday, May 20, 2025

STP-nin törəmə şirkətinin kapitalı 17 mln. manata çatdırılıb

“Sumqayıt Texnologiyalar Parkı”nın törəmə şirkəti “STP Global Cable” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 100 000 manatdan 16 854 000 manata qaldırılıb.

Bununla da, kapitalı 16 754 000 manat və ya  168 dəfə artırılıb.

“STP Global Cable” (Kabel Zavodu) – regionun ən iri, yüksək texnologiyaya malik kabel istehsalçılarından biridir. 2009-cu ildə fəaliyyətə başlayan müəssisədə istehsal prosesi yalnız Avropa texnologiyası əsasında – Finlandiya, Avstriya, Almaniya, İspaniya, Fransa kimi tanınmış dünya istehsalçılarının avadanlıqlarında həyata keçirilir.

STP kabellərinin istehsalında aparıcı Avropa şirkətlərindən alınmış xammaldan istifadə olunur və yekun məhsul müasir dünya səviyyəli laboratoriyada sınaqlardan keçirilir.

Son xəbərlər
Digər xəbərlər