Sumqayıt Texnologiyalar Parkının strukturunda olan “STP Metal Structures” MMC-nin nizamnamə kapitalı bir qədər də artırılmaqla 1 mln. manatı keçib.
Banker.az xəbər verir ki, “STP Metal Structures”in nizamnamə kapitalı 250 000 manat və ya 30.3% artırılmaqla 1 076 000 manata yüksəldilib.
Şirkət 2020-ci ilin oktyabrında yaradılarkən onun 100 000 manat idi. 2023-cü ilin avqustunda 220 000 manata, sentyabrda 295 000 manata, 2024-cü ilin yanvarında 826 000 manata qaldırılmışdı.
Xatırladaq ki, “STP Metal Structures” MMC 2020-ci ildə təsis edilib. Şirkət Qaynaq Quraşdırma Zavodunnun idarəedicisidir. Tərkibində 10-dan çox istehsal sahəsi mövcuddur.