Dövlətin yeni özəlləşdirilmiş şirkəti “Sumqayıt Tekstil” MMC-nin yeni baş icraçı direktoru məlum olub.
Banker.az xəbər verir ki, Fərid Rzabəyli Fərhad oğlu şirkətin rəhbəri təyin edilib.
O, bu vəzifədə Polad Böyükkişiyev Məhəmməd oğlunu əvəz edib.
R.Rzabəyli 2023-cü ilin iyunundan Sumqayıt Texnologiyalar Parkında çalışır. O bundan öncə “PAŞA Bank” ASC-də çalışıb.
Qeyd edək ki, “Sumqayıt Tekstil” MMC-dəki dövlət payının satışı üzrə keçirilən investisiya müsabiqəsinin qalibi 9.1 milyon manat səhmlərini daha əlverişli şərtlər təklif edən “Sumqayıt Texnologiyalar Parkı” MMC alıb.