Strasbourg universiteti 1621-ci ildə yaradılıb və Fransanın ən qədim universitetlərindən biridir. Fransanın frank-prussiya müharibəsində məğlub olmasından sonra (1870-1871-ci illər) onun yerinə Kaiser Wilhelm Universiteti yaradılır. Lakin 1918-ci ildə universitet yenidən Fransaya keçir.
1970-ci ildə Strasbourg universiteti 3 universitetə bölünür.
Lui Paster adına Strasbourg universiteti
Lui Paster adına Strasbourg universiteti (UniversiteLouisPasteur) özündə tibb fakultəsi, dəqiq və təbiət elmləri fakultəsi, Yer haqqında elm fakultəsi, riyaziyyat bölməsi, fizika institutu, Yer fizikası, kimya, fiziologiya və biokimya, botanika, zoologiya və ümumi biologiya, geologiya, geofizika, astronomik rəsədxana və 2 elmi kolleci birləşdirir.
Lui Paster adına Strasbourg universiteti Avropa araşdırma universitetləri liqasının (LeagueofEuropeanResearchUniversities) üzvüdür.
Strasbourg universiteti 2
Strasbourg universiteti 2 (UniversiteMarcBloch) özündə 10 fakultəni birləşdirir: incəsənət, tarixi elmlər, humanitar elmlər, filologiya, linqvistika və tətbiqi elmlər, fəlsəfə, sosial elmlər, idman elmi, katolik və protestant ilahiyyatı.
Burada 13000-ə yaxın tələbəyə tədris edilir və onların 25 faizi əcnəbi tələbələrdir.
Marc Bloch universiteti humanitar elmlər üçün araşdırma və digər universitet və kolleclərin alimləri ilə qarşılıqlı fəaliyyət mərkəzidir. Bu həm milli, həm də beynəlxalq səviyyədə həyata keçirilir.
Strasbourg universiteti 3
Strasbourg universiteti 3 (UniversiteRobertSchuman) 160 mütəxəssis hazırlayır: hüquq və iqtisadi elmlər fakultəsi, hüquq və müqayisəli iqtisadiyyat institutu, hüquqi araşdırmalar, cinayət-islah elmləri, əmək, sənaye mülkiyyətinin beynəlxalq araşdırmalar mərkəzi.
Nobel mükafatı laureatları:
• Karl Ferdinand Braun (1850–1918 гг.) — fizika üzrə, 1909-cu il.
• Albreht Kossel (1853–1927 гг.) — tibb və fiziologiya üzrə, 1910-cu il
• Albert Şveyçer (1875–1965 гг.) — sülh üzrə, 1952-ci il.
• Len Jan Mari (1939) – kimya üzrə, 1987-ci il.