Vakansiyanın adı:
Strategiya və biznesin inkişafı üzrə aparıcı mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və ya təhlil edilməsi;
- Cəmiyyətin maliyyə vəziyyətinin qiymətləndirilməsi;
- Maliyyə mənbələrinin axtarılması, qiymətləndirilməsi və təkliflərin hazırlanması;
- Qiymətli kağızların alqı və satqısı ilə bağlı məsləhətlərin verilməsi;
- Maliyyə modellərinin hazırlanması və təhlili;
- Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;
- Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi;
- Cəmiyyətdə həyata keçirilən iri layihələrin icrası ilə bağlı monitorinqin aparılması.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
- Müxtəlif peşə (ACCA, CPA, CFA və s.) kvalifikasiyalarına malik olmaq arzu olunandır;
- Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
Tələb olunan təhsil və iş təcrübəsi:
- İqtisadiyyat, maliyyə, uçot və audit yönümlü ixtisaslar üzrə ali təhsil;
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Strategiya və biznesin inkişafı üzrə aparıcı mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.