Vakansiya haqqında məlumat:
Struktur bölmə : Strategiya və investisiya departamenti – İnvestisiya şöbəsi
Vəzifə : Mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 23 sentyabr 2018-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Şirkətin depozit portfelini və portfelin öhdəliklərə uyğunluğunu təhlil etmək;
2. Depozit yerləşdirilən bankların hesabatlarını mütəmadi təhlil etmək və bankla bağlı kredit riskini daxili metodologiyaya uyğun hesablamaq;
3. Sığorta ehtiyatlarının strukturunu (müddət, valyuta və s.) təhlil etmək və aktivlərin uyğunluğunu müqayisə etmək;
4. Şirkətin digər struktur bölmə və orqanlarının sorğusuna əsasən investisiyalar üzrə təhlillər hazırlamaq.
Namizədə olan tələblər:
İş təcrübəsi : Bankın Hesabatlıq (Prudensial və Maliyyə) sahəsində və ya Bankların fəaliyyətinin təhlili sahəsində 2 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : Ali – (Maliyyə, Mühasibatlıq və iqtisadi təhsil ixtisaslarına üstünlük verilir)
Dil bilikləri : Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərində yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri : Böyük məlumat bazaları ilə işləmək bacarığı; Excel proqramından yüksək səviyyədə istifadə, məntiqi düsturları qurmaq bacarığı; Outlook proqramından orta istifadə, korporativ yazışma prinsipləri ilə tanışlıq; Word və PowerPoint proqramlarından orta səviyyədə istifadə bacarıqları;
Üstünlüklər:
Riyaziyyat, məntiq və statistika üzrə biliklər; Mühasibatlıq üzrə ACCA və ya CFA proqramlarına üzvlük.;
Fərdi keyfiyyət tələbləri : Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, riyazi bacarıqlar, hesabatlıların və xüsusi hesabat cədvəllərinin tərtib və təhlil edilməsi, diqqətlilik və problemə fokslanma, etibarlılıq və korporativ maraqlara sədaqətlilik, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası : CV-lər “İnvestisiya-mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.