“Strategy” daha $1 mlrd. dəyərində bitkoin alıb

“Strategy” şirkəti 6–12 aprel tarixləri arasında orta alış qiyməti 71 902 dollar olmaqla 13 927 bitkoini 1 milyard dollara satın alıb.

12 aprel tarixinə olan məlumata görə, şirkətin balansında 780 897 BTC var ki, bu da ümumi emissiyanın təxminən 4%-ni təşkil edir. Maykl Seylorun rəhbərlik etdiyi şirkət 2020-ci ildən bəri bu aktivlərin alınmasına ümumilikdə təxminən 59,02 milyard dollar xərcləyib.

Şirkətin orta alış qiyməti təxminən 1 BTC üçün 75 577 dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər