Maykl Saylorun rəhbərlik etdiyi “Strategy” şirkəti 13–19 aprel tarixlərində orta alış qiyməti 74 395 dollar olmaqla 2,54 milyard dollar dəyərində 36 164 bitkoin alıb.
19 aprel tarixinə olan məlumata görə, “Strategy”nin balansında 814 061 BTC (ümumi emissiyanın təxminən 4%-i) var. Şirkət 2020-ci ildən bu yana bu aktivlərin alınmasına ümumilikdə təxminən 61,56 milyard dollar xərcləyib.
Şirkətin orta alış qiyməti 1 BTC üçün 75 527 dollar təşkil edir.
Son alınan bitkoinlərin böyük hissəsi STRC adlı imtiyazlı səhmlərin satışı (təxminən 2,2 milyard dollar) hesabına, qalan hissəsi isə MSTR adi səhmlərinin emissiyası ilə maliyyələşdirilib.






