“Strategy” (keçmiş “MicroStrategy”) 2 yanvar–8 fevral tarixləri arasında orta hesabla 78 815 dollar qiymətlə 1 142 bitkoini ümumilikdə 90 milyon dollara aldığını açıqlayıb.
8 fevral tarixinə olan məlumata görə, şirkətin balansında 714 644 bitkoin var ki, bu da ümumi emissiyanın 3%-dən çoxuna bərabərdir. Şirkət 2020-ci ildən bəri bitkoin alışına ümumilikdə təxminən 54,35 milyard dollar xərcləyib.
Şirkətin orta alış qiyməti təxminən 76 056 dollar səviyyəsindədir. Hesabatın dərc olunduğu anda bitkoinin məzənnəsi bu göstəricidən aşağı — təxminən 69 min dollar olub.
Növbəti bitkoin alış paketi yenə də tam şəkildə MSTR səhmlərinin yerləşdirilməsi və satışı hesabına maliyyələşdirilib. İyul ayındakı maksimum səviyyədən bəri MSTR səhmlərinin qiyməti demək olar ki, 80% ucuzlaşıb.






