-1 C
Baku
Tuesday, February 27, 2024

Strateji təhlil və risklərin idarəedilməsi idarəsinin aparıcı analitiki – Maliyyə Bazarlarına Nəzarət Palatası

Strateji təhlil və risklərin idarəedilməsi idarəsinin aparıcı analitiki

Namizədə dair tələblər:

 

Təhsil: Tam ali təhsil (iqtisadiyyat, idarəetmə və ya maliyyə üzrə magistr);

Xüsusi biliklər:  Strateji idarəetmə, habelə layihələrin idarəedilməsi, əməliyyat idarəetməsi, risklərin idarəedilməsi, dəyişikliklərin idarə olunması, informasiyaların idarəedilməsi və hesabatlılıq, resursların planlaşdırılması və büdcə, makro-iqtisadiyyat, maliyyə sistemi  üzrə geniş biliklər.

Ooxşar yazı: Maliyyə Palatası 7 vəzifə üzrə vakansiyalar elan edib

Təcrübə: Analoji sahə üzrə 2 – 3 il iş təcrübəsi

Dil bacarığı: Səlis Azərbaycan və ingilis dilində yazmaq, oxumaq, danışmaq və təqdimat bacarığı;

Kompüter bacarığı:  İT resursları və ofis proqramları ilə işləmək qabiliyyəti.

Digər bacarıqlar: Strateji və analitik düşünmə, innovativlik, təşəbbüskarlıq və əsaslı mühakimə, ünsiyyət qurma və komandada iş bacarığı.

 

İşin təsviri:

  • Maliyyə sabitliyi üçün riskləri tədqiq edir və yarana biləcək mümkün risklərin mitiqasiyası üçün təkliflər verir;
  • Maliyyə bazarları üzrə tədqiqatlar aparır, modellər qurur və təkliflər verir;
  • Iqitisadi siyasətin, o cümlədən fiskal və monetar siyasət ssenarilərinin maliyyə bazarlarına mümkün təsiri kanallarını tədqiq edir;
  • Maliyyə bazarlarında stress-testlərin aparılması üçün makroiqtisadi şok ssenarilərinin müəyyən edilməsində iştirak edir.

Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

 

Son xəbərlər
Digər xəbərlər