10 C
Baku
Thursday, December 12, 2024

Strateji valyuta ehtiyatları 3 illik idxalı maliyyələşdirməyə kifayət edir – Mərkəzi Bank

2024-cü ilin üçüncü rübünün sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 73.5 milyard ABŞ dolları təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Pul siyasəti icmalı”da bildirilir.

Dövr ərzində ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib.

Bu da əmtəə və xidmətlərin 35.5 aylıq (təxminən 3 illik) idxalını maliyyələşdirmək üçün kifayətdir.

Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3.5 dəfə üstələyib (01.10.2024 tarixinə olan M2 pul aqreqatı götürülməklə).

AMB bildirir ki, bu göstəricilər ölkənin xarici və daxili iqtisadi şoklara qarşı müqavimət qabiliyyətinin yüksək səviyyədə olduğunu nümayiş etdirir.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatları 2024-cü ilin 30 sentyabr tarixinə 61 milyard 697.6 milyon ABŞ dollarına və Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları isə 11 milyard 795.8 milyon dollara yüksəlib. Bu da ümumilikdə Azərbaycanın strateji valyuta ehtiyatını formalaşdıran bu iki göstəricinin cəmi 73 milyard 493.4 milyon dollar olması deməkdir.

2131231231232131232


Stateji valyuta ehtiyatları nədir?

Ölkənin strateji valyuta ehtiyatı, bir dövlətin mərkəzi bankı və ya maliyyə qurumları (Azərbaycanda suveren fond ARDNF) tərəfindən saxlanılan xarici valyuta və digər likvid aktivlərin cəmi kimi müəyyən edilir. Bu ehtiyatlar əsasən qızıl, xarici valyutalar (dollar, avro, funt-sterlinq, yena kimi) və Beynəlxalq Valyuta Fondunun (IMF) xüsusi borclanma hüquqlarını (SDR) əhatə edir. Strateji valyuta ehtiyatı ölkənin iqtisadi sabitliyini təmin etmək, xarici borclara xidmət etmək, valyuta bazarına müdaxilə etmək və milli valyutanın dəyərini qorumaq üçün istifadə olunur.

Bu ehtiyatlar, iqtisadi şoklar zamanı ölkənin iqtisadiyyatını dəstəkləməyə və valyuta devalvasiyasının qarşısını almağa kömək edir. Ayrıca, valyuta ehtiyatları, ticarət kəsiri olan ölkələr üçün xarici ticarət əməliyyatlarını asanlaşdırmaq və beynəlxalq kredit reytinqini yaxşılaşdırmaq üçün vacibdir.

Son xəbərlər
Digər xəbərlər