Azərbaycanın strateji valyuta ehtiyatlarının xarici dövlət borcuna nisbəti 2026-cı ilin 01 yanvar tarixinə ölkənin strateji valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 17,7 dəfə üstələyir.
Banker.az xəbər verir ki, bunu Maliyyə Nazirliyindən beldirlər.
Ölkənin strateji valyuta ehtiyatlarını formalaşdıran Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı cəmi ehtiyatları 1 yanvar 2026-cı il tarixinə 85,1 milyard ABŞ dolları məbləğində olub.
2026-cı il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2025-ci il üzrə faktiki ÜDM-in 6,3 faizinə bərabər olub. Manat ifadəsində xarici dövlət borcu 129 milyard 94 milyon manat (75 milyard 937,6 milyon ABŞ dolları) səviyyəsində qiymətləndirilib.







