17 C
Baku
Sunday, May 19, 2024

Strateji valyuta rezervləri 67 milyard ABŞ dollarına çatıb – Baş nazir

Cari ilin 8 ayında qeyri-neft sektorunda 2.6%, qeyri-neft sənayesində isə 6% artım qeydə alınıb.

Banker.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında deyib.

Baş nazir bildirib ki, hazırda ölkənin maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, strateji valyuta rezervləri 67 milyard ABŞ dollarına çatıb və ilin əvvəlindən 14.5% artıb.

2023-cü ilin ötən dövründə xarici ticarət balansının əhəmiyyətli həcmdə müsbət saldosunun yaranması, xarici borcun azalması və büdcə gəlirlərinin yüksək icrası əldə olunmuş çox müsbət nəticələr kimi dəyərləndirilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər