İngilis funt-strelinqinin (GBP) avroya qarşı daha da enməsi ehtimalı azdır, lakin dollarla müqayisədə aşağı korreksiya riski ilə üzləşir.
Banker.az xəbər verir ki, bunu foreks şirkəti “Convera” strateqi Corc Vessi qeydində bildirib.
O deyib ki, Böyük Britaniya və avrozona arasındakı fiskal fərq Avropanın fiskal xərcləmə planlarından sonra avronun xeyrinədir.
Bununla belə, İngiltərə Bankının faiz dərəcələrinin azaldılmasına Avropa Mərkəzi Bankı ilə müqayisədə daha ehtiyatla yanaşması funtu dəstəkləyən amildir.
Dollarla müqayisədə funt son dövrlərdə ABŞ-ın iqtisadi artımına dair narahatlıqlar fonunda qazandığı yüksəlişdən sonra “həddindən artıq alınmış” (overbought) görünür. Bu isə konsolidasiya dövrünü göstərir, – deyə Vessi bildirir.
GBP/USD cütlüyü dörd aylıq maksimum olan 1,2947 səviyyəsinə çatdıqdan sonra 0,1% azalaraq 1,2912-yə düşüb.
EUR/GBP isə cümə günü beş həftəlik maksimum olan 0,8421-ə çatdıqdan sonra 0,3% artaraq 0,8407-yə yüksəlib.