24 C
Baku
Tuesday, September 27, 2022

“Stripe” onlayn ödəmə xidməti 100 mln. dollar cəlb edib

2018-ci ilin sonunda şirkət 20 milyard dollar dəyərində qiymətləndirilmişdir. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Stripe-ödəmə xidmətini tərtib etmiş şirkətidir, o, həmçinin işçilərə əmək haqlarının ödənilməsi və anti-fırıldaqçılıq xidmətlərini də inkişaf etdirir. Şirkət 2010-cu ildə İrlandiya immiqrantları olan Patrik və Con Kollison qardaşları tərəfindən təsis edilmişdir.

Son turda, Stripe, Tiger Global-dan 100 milyon dollar alıb, bunun nəticəsində şirkətin dəyəri 22,5 milyard dollara qədər yüksəlmişdir. Bu sərmayə əvvəlki sərmayə raundunun davamı olub, ümumilikdə startup 245 milyon dollar cəlb edib.

Stripe, beynəlxalq bazarlarda inkişafı gücləndirməyi və Stripe Terminalı ödənişlərini qəbul etmək məqsədi ilə Radar sistemi və fiziki terminalları üzərində çalışmağı planlayır.

 

Son xəbərlər
Oxşar xəbərlər