29 C
Baku
Friday, September 5, 2025

“Stripe” öz blokçeynini işə salıb

“Stripe” xüsusi olaraq steyblkoin hesablaşmaları üçün nəzərdə tutulmuş öz “Tempo.xyz” blokçeynini istifadəyə verib. Layihə məşhur kripto-fondu “Paradigm” ilə birgə qurulur. Bu, steyblkoin deyil. Bu, digər steyblkoinlər üçün blokçeyndir.

İlkin tərəfdaşlar arasında “Anthropic”, “Coupang”, “Deutsche Bank”, “DoorDash”, “Lead Bank”, “Mercury”, “Nubank”, “OpenAI”, “Revolut”, “Shopify”, “Standard Chartered” və “Visa” var.

“Tempo” blokçeyni saniyədə 100 mindən çox əməliyyat həyata keçirir (müqayisə üçün “Visa” və ya “Mastercard”ın saniyədə əməliyyat sayı 50 mini keçmir). Bundan əlavə, sistem tamamilə məxfidir – ödənişləri və balansı gizlətmək mümkündür.

Bildirilir ki, “Tempo” geniş maliyyə tapşırıqları üçün nəzərdə tutulub: qlobal maaş ödənişləri, transsərhəd köçürmələr, daxili ödəniş hesabları, mikro-tranzaksiyalar və hətta AI agentləri tərəfindən həyata keçirilən əməliyyatlar.

Bu bir az “Libra” layihəsini xatırladır. “Facebook” onu 2019–20-ci illərdə reallaşdırmaq istəmişdi. Lakin tərtibatçılar ayrıca bir steyblkoin yaratmaq istəyirdilər, hansı ki təkcə dollara deyil, digər valyutalar və qiymətli metallar səbətinə bağlı olacaqdı. Elə buna görə də onlar Atlantikanın hər iki tərəfində müqavimətlə qarşılaşdılar və layihəni dayandırdılar.

Son xəbərlər
Digər xəbərlər