Vəzifə Baş ekspert
Əsas vəzifə öhdəlikləri
- Müxbir hesabların, eləcə də maliyyə qurumlarının ssuda və depozit hesablarının açılması, aparılması, bağlanması və bununla əlaqədar sənəd və məlumat mübadiləsi
- Nostro hesablar üzrə qalıqların təsdiqi üçün müvafiq banklarla yazışmaların aparılması,
- Loro hesablar üzrə daxil olmuş sorğuya əsasən qalıqların təsdiqi və tələb olunan yerə göndərilməsi
- Gün ərzində Nostro hesablar üzrə aparılmış əməliyyatların yoxlanılması və banklardan daxil olmuş çıxarışlarla müqayisə olunması
- Müxbir hesablar üzrə müvafiq gəlir və xərclərin ödənilməsi (və yaxud tutulması), bu əməliyyatlar üzrə qeyri-dəqiqliyə yol verildikdə səhvlərin araşdırılması və aradan qaldırılması
- Gün ərzində Loro hesablar üzrə əməliyyatların yoxlanılması və aparılmış əməliyyatlar üzrə SWIFT vasitəsilə çıxarışların göndərilməsi
- Qeyri-rezident banklardan nağd vəsaitin gətirilməsi prosesinin təşkili və həyata keçirilməsi
Seçim meyarları
- İş təcrübəsi (il): 3+
- Təhsil: ali texniki, iqtisadi, mühəndislik, riyaziyyat və uyğun digər ixtisas
- Dil biliyi (dil/dərəcə): Azərbaycan, Rus və Ingilis dilləri – əla
- Kompüter biliyi: MS Office
İş şərtləri
İş yeri: Baş Ofis
İş vaxtı (gün/saat): B.e.-Cümə, saat 9.00 saat 18.00-dək
Əmək haqqı: start 1000 AZN
Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə və ya bankın filiallarına təqdim edə bilərlər. Məktubun subject qrafasında Xəzinədarlıq sözünü qeyd etməyi unutmayın!