Azərbaycan Müdafiə Nazirliyi ilə “Türkiyə Aerokosmik Sənayesi” (TUSAŞ) şirkəti arasında müqavilə imzalanıb.
“Unikal” xəbər verir ki, müqavilə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarələrinin modernləşdirilməsini nəzərdə tutur.
Sazişin imzalanması mərasimi İstanbulda keçirilən IDEF-2023 müdafiə sərgisində baş tutub. Mərasimdə Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəsmiləri də iştirak edib.
Müqavilə çərçivəsində Su-25 qırıcılarına Türkiyə istehsalı idarəolunan silah sistemləri inqteqrasiya ediləcək və təyyarələrin avionik sistemləri modernləşdiriləcək.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Ordusunun Su-25 qırıcılarına Türkiyənin TUBİTAK SAGE müdafiə müəssisələri tərəfindən hazırlanan “qanadlı tuşlama dəsti” (kanadlı güdüm kiti) adlı sursatlar quraşdırılıb. Sursatın quraşdırıldığı döyüş təyyarəsi Türkiyənin “Konya” şəhərində keçirilən “Anadolu Qartalı” hərbi təlimlərində görünüb. Bu sursatlar sayəsində Azərbaycan Ordusunun Su-25 qırıcıları daha uzaq məsafədəki hədəfləri dəqiqliklə məhv edə biləcək.