Ötən il magistral kanallar üzrə su limitləri, respublikanin çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq aidiyyəti üzrə təsdiq edilib. Vegetasiya suvarması dövrünün əvvəlinə əsasən su anbarlarında 13,3 mird. kubmetr həcmində su toplanılıb.
Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Hesabatda qeyd olunub ki, respublika üzrə suvarılan torpaqların sərhədləri müəyyənləşdirilərək kənd təsərrüfatı təyinatlı torpaqların peyk təsvirləri əsasında vektorlaşdırılmış, coğrafi informasiya sistemləri bazasına daxil edilərək xəritələşdirilib. Suvarılan torpaqların meliorativ vəziyyəti barədə respublikanın ayrı-ayrı inzibati əraziləri üçün suvarılan torpaqların şorlaşmasını, qrunt sularının yatma dərinliyini, onların kimyəvi tərkibini və minerallaşma dərəcəsini əks etdirən status elektron xəritələr hazırlanıb və vahid şəbəkə üzrə informasiya xidməti yaradılıb.
Suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə məqsədilə suvarılan torpaqlarda şorlasmanın. qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi üzərində nəzarət işləri aparılıb, suvarılan torpaqların meliorativ vəziyyəti qiymətləndirilib, meliorativ tədbirlər tələb edən torpaqlar müəyyənləşdirilib, onların yaxşılaşdırılması üzrə tədbirlər hazırlanıb, irriqasiya və meliorasiya sistemlərinin istismarı hayata keçirilib.
Su anbarlarının iş rejimləri ciddi nəzarətə götürülüb, mütəmadi olaraq rejimlərdə operativ dürüstləşmələr aparılıb. Hesabat ilinin sonuna su anbarlarında 2020-ci ilə nisbətən 3,9 mlrd., 2022-ci ilə nisbətən isə 2,2 mlrd. kubmetr artıq həcmdə su toplanılıb ki, bu da su qıtliğı şəraitində əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərməklə yanaşı, cari ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar vermaya əsas verir. Suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə suvarma va kollektor-drenaj şəbəkələrində 52,4 mln. kubmetr hecmində lildən təmizləmə işləri aparılıb, torpaq məcralı kanalların 58 km hissəsi beton üzlüye alınıb, 2,9 min hidrotexniki qurğu, 6,4 min subartezian quyusu, 291 nasos stansiyası və cari təmir edilib. Çay məcralarında 10,4 mln. kubmetr həcmində məcratəmizləmə işləri aparılıb, daş-beton bəndlərdə təmir işləri yerinə yetirilib.