“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinqi və hesabatlılıq modulu formalaşdırılacaq.
Bu, Baş nazir Əli Əsədovun imzaladığı “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncamda əksini tapıb.
Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə mövcud rəqəmsal resurslar əsasında “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nun formalaşdırılmasını 6 (altı) ay müddətində təmin edib və növbəti ildən Milli Strategiyanın monitorinq və qiymətləndirilməsini Modul üzərindən həyata keçirəcək.