22 C
Baku
Wednesday, May 22, 2024

Su içməyin 9 vacib səbəbi

Biz hamımız bilirik ki, su çox faydalıdır, amma əksər hallarda biz tam dərk etmirik ki, niyə? Hətta biz su içməyin nəyə görə vacib olduğunu bilsək belə, bunu özümüzdə vərdişə çevirə bilmirik.

Amma gündəlik su içmək üçün bir neçə vacib səbəb vardır və əgər diqqətinizi cəmləsəniz bu vərdişi formalaşdırmaq heç də çətin deyil.

Məsələ ondadır ki, biz əksər hallarda buna diqqət yetirmirik və iş onunla bitir ki, biz sonda ya qəhvə, ya qazlı sular, ya spirtli içkilər içirik, hələ çay, süd və müxtəlif meyvə şirələri də o cümlədən. Ya da ümumiyyətlə maye az qəbul olunur ki, bunun nəticəsində orqanizm susuz qalır, bu isə ümumilikdə sağlamlığa mənfi təsir göstərir.

Su içməyin zəruriliyini göstərən 9 amil (həmçinin bu vərdişi yaratmaq üçün tövsiyələr)

1. Çəki itkisi

Su- arıqlamaq üçün ən yaxşı vasitələrdən biridir, ilk növbədə ona görə ki, o, yüksək kalorili – qazlı içkiləri, şirələri əvəz edir, suyun tərkibində heç bir kalori yoxdur. Bununla yanaşı susuzluq aclığı yaxşı yatırır, belə ki əksər hallarda ac olduğumuzu düşündüyümüz halda, əslində sadəcə su içmək istəyirik. Suyun tərkibində yağ, kalori, karbohidrogen, şəkər yoxdur. Arıqlamağa kömək olsun deyə çoxlu su için.

2. Sağlam ürək

Əgər lazımı miqdarda su içsəniz onda ürəktutma riskini aşağı sala bilərsiniz. American Journal of Epidemiology jurnalında dərc olunan 6 illik araşdırmaya əsasən, gün ərzində 5 stəkandan çox su içən insanların ürəktutmasından ölmə riski araşdırma müddəti ərzində gün ərzində stəkan içənlərdən 41% daha azdır.

3. Gümrahlıq

Susuzluq və orqanizmdə maye çatışmazlığı sizi gümrahlıqdan məhrum edəcək və siz özünüzü yorğun hiss edəcəksiniz – hətta sizin çəkiniz 1-“% miqdarsında su itirilməsi sizi özünüzü tükənmiş hiss etməyə məcbur edir. Əgər siz susuzluq hiss edirsinizsə, bu o deməkdir ki, sizin orqanizm artıq susuzlaşıb.

4. Baş ağrı dərmanı

Su itkisinin daha bir simptomu isə baş ağrısıdır. Əksər hallarda biz yetərincə su içmədiyimiz vaxtlarda bizdə baş ağrıları baş verir. Əlbəttə baş ağrılarının çoxlu başqa səbəbləri də vardır – amma susuzluq bu səbəblər içərisində ən geniş yayılmışlardandır.

5. Sağlam dəri

Su istehlakı sizin dərinizi təmizləyə bilər, çox su içən insanlar sadəcə sağlamlıqdan işıq saçırlar. Bu bir gecə içində baş verməyə də bilər, amma cəmi bir həftə ərzində düzgün miqdarda su qəbulu sizin dərinizə yaxşı təsir göstərəcək.

6. Həzmlə bağlı problemlər

Qidanı düzgün qaydada həzm etmək üçün, bizim həzm sistemimiz lazımı miqdarda suya ehtiyac duyur. Əksər hallarda su mədədəki turşululuq problemini həll etməyə kömək edir. Həmçinin o, toxumalarla birlikdə qəbz problemlərini aradan qaldırmağa kömək edir (qəbzlik özü də maye çatışmazlığı nəticəsində yaranan bir problemdir).

7. Təmizlənmə

Bizim orqanizm sudan taksin və digər qalıq maddələrin xaric olunması məqsədi ilə istifadə edir.

8. Xərçəng xəstəlikləri riski

Həzm sistemində xərçəng əmələ gəlməsi probleminə gəldikdə isə, müəyyən olunub ki, sağlam miqdarda su istehlakı yoğun bağırsaqda xərçəng əmələ gəlməsi riskini 45%, sidik kisəsində xərçəng riskini 50% azaldır. Həmçinin o, döş xərçəngi riskini də azalda bilər.

9. Effektiv məşq

Maye itkisi və bədənin rütubət itirməsi idmanla məşğul olmaq istəyənlərə ciddi şəkildə əngəl ola bilər. O, onların tempini aşağı salır və ağırlıq qaldırma qabiliyyətinə mənfi təsir göstərir. Məşqlər əlavə su istehlakı tələb edir, ona görə də orqanizmin su ehtiyatını məşqlərdən əvvəl və sonra tamamlayın.

Son xəbərlər
 ⁠
Digər xəbərlər