31 C
Baku
Thursday, July 18, 2024

Su komissiyasına ayrılmış vəsaitin 100 min manatı istifadə olunmayıb

Azərbaycanda ötən il su ilə bağlı komissiyaya ayrılmış vəsaitin 99,8 min manatı istifadə olunmayıb.

Bu barədə Hesablama Palatasının “2022-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata” verdiyi rəydə bildirilir.

“Ölkə prezidentinin 15 aprel 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Komissiyanın fəaliyyəti çərçivəsində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı həyata keçirilən layihələrin maliyyələşdirilməsi xərclərindən 99.8 min manatın müvafiq infrastruktur təyinatlı layihələr üzrə bölgüsünü həmin Komissiya həyata keçirmədiyindən vəsait istifadə olunmayıb”, – deyə sənəddə qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər