25 C
Baku
Saturday, April 20, 2024

Su qiymətlərinin iki dəfə artırılması da “Azərsu”nu zərərdən xilas etmədi – Yığılmış zərər 8 mlrd. manata çatdı

“Digər əməliyyat” xərcləri onun durumunu bir qədər də pisləşdirib.

Azərbaycanda mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkəti “Azərsu” ASC 2021-ci ildəki zərəri daha da böyüməklə yarım milyard manatı ötüb. İllik zərər 552 mln. manatı ötüb.

Bunu Banker.az dövlət şirkətinə “RSM Azerbaijan” audit şirkəti tərəfindən verilən müstəqil audit hesabatı rəyinə istinad edir.

Hesabatda qeyd edilir ki, “Azərsu”nun ötən il üzrə gəlirləri 262.95 mln. manat olub. Bu da 2020-ci illə müqayisədə 78.01 mln. manat, yaxud 43% çoxdur. Göstərilir ki, suyun satışından 182.5 mln. manat (2020: 125.47 mln. manat), kanalizasiya xidmətlərindən 70.5 mln. manat (51.79 mln. manat) gəlir əldə edib.

Digər tərəfdən satışın maya dəyəri isə 128.73 mln. manat təşkil edib, öncəki ildən 2% az olmuşdur.

Bununla da “Azərsu”nun ümumi mənfəəti 134.22 mln. manat (2020:52.72 mln. manat) təşkil edib.

“Azərsu”nun gəlirlərini formalaşdıran içməli su və kanalizasiya xidmətidir ki, bu da dövlət – Tarif Şurası tərəfindən tənzimlənir. Gəlirlərinin yüksəlməsi normaldır. Çünki müştəri bazası genişlənməklə yanaşı həmçinin su və kanalizasiya xidmətinin qiyməti əhali üçün 1 fevral 2021-ci ilədək qüvvədə olan tariflərə görə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün bir kubmetr suyun qiyməti 35 qəpik, digər inzibati ərazi vahidləri üçün 30 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi ölkə üzrə bir kubmetr üçün 15 qəpik səviyyəsində olub. Həmin tarixdən bu tərəfə müvafiq olaraq qiymətlər düz iki dəfə artıldı və bir kubmetr suyun qiyməti 70 qəpiyə qaldırıldı.

NİYƏ ZƏRƏR BÖYÜYÜR?

Audit rəyində qeyd edilir ki, dövlət şirkətinin ötən il üzrə “digər əməliyyat” kimi qeyd edilən gəliri 549.53 mln. manat (2020: 207.86 mln. manat), satış və paylanma xərcləri 146.61 mln. manat (117.02 mln. manat) və inzibati xərcləri isə 28.76 mln. manat (40.32 mln. manat) olduğu halda, 32.24 mln. manatlıq (7.85 mln. manat) digər gəliri olub. Buradan məlum olur ki, əsas vəsaitlərin dəyərsizləşməsi onun xərc artımında böyük rol oynayıb.

Bununla da ümumi gəlirlər xərcləri nəinki qarşılamış, hətta 552.23 mln. manat həcmində xalis zərər etməklə kapitaldan “yeməli” olub. İllərdir “Azərsu” zərər edir və üstəlik bu ilki zərər onun illərin yığılmış zərərini 7 milyard 855.69 mln. manata çatdırıb.

Qeyd edək ki, 2011-ci ildən “Azərsu”ya Qorxmaz Hüseynov sədirlik edirdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2021-ci il imzaladığı sərəncama əsasən, O, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmişdir.

1312312123123

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər