10 C
Baku
Wednesday, December 11, 2024

“Su tələbatını ödəmək üçün rəqəmsal kənd təsərrüfatına keçid vacibdir”

Azərbaycan su qıtlığından əziyyət çəkən ölkələrdəndir. Gələcəkdə artan su tələbatını ödəmək üçün rəqəmsal kənd təsərrüfatına keçid çox vacib əhəmiyyət daşıyır.

Bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib.

“Biz elektron su informasiya sisteminə mərkələşdirilmiş və rəqəmsallaşdırılmış bir bölüm kimi baxmağa davam edirik. İqlim dəyişikliyi, o cümlədən su itkisinə yol verilməsi, torpağın deqradasiyası və erroziyasına yol verir. Ona görə də suyun səmərəli istifadə edilməsi texnologiyası və kənd təsərrüfat torpaqlarının düzgün istifadə edilməsi mühüm əhəmiyyət daşıyır” – nazir qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər