“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə baş verə biləcək qəzaların aradan qaldırılması üçün lazım olan avadanlıq və mal-materialların satın alınması nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 2 055 049 AZN təşkil edir.
Xatırladaq ki, Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin briqadaları yağış və kanalizasiya kollektorlarının təmizlənməsi, yığılan suların ərazilərdən çəkilməsi, yağışın səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində sistematik və operativ tədbirlər həyata keçirir.