14 C
Baku
Thursday, November 21, 2024

“Subaru” avtomobil şirkəti koronavirusa görə istehsalını dayandırıb

Yaponiyanın “Subaru” avtomobil şirkəti koronavirusun yayılmasına görə istehsalı üç həftəlik dayandırıb.

Bu barədə “Kiodo” informasiya agentliyi bildirib.

Məlumata görə, bu vaxt ərzində korporasiya 70 min avtomobil istehsal edə bilərdi. Amma koronavirus pandemiyasına görə şirkət Qumma prefekturasındakı zavodunda istehsalı aprelin 11-dən mayın 1-dək dayandıracaq.

Qeyd edilir ki, korporasiyanın 10 min əməkdaşının iş yerləri saxlanılacaq.

“Subaru” Qumma prefekturasındakı zavodda “Impreza” modeli və Şimali Amerika bazarları üçün “Forester” modellərini istehsal edir. Onun məhsulu korporasiyanın qlobal satışının 70%-ini təşkil edir.

Şirkət martın 23-dən ABŞ-ın İndiana ştatındakı zavodunun fəaliyyətini dayandırıb. Zavod aprelin 7-də açılmalı idi, ancaq istehsalın yenilənməsi tarixi aprelin 20-ə qədər təxirə salınıb.

©Report

Son xəbərlər
Digər xəbərlər